AZ

"Vərəm hələ də cəmiyyətdə qorxu və yanlış inanclar yaradır - Səhiyyə Nazirliyi

Bakı. Trend:

“Təəssüf ki, vərəm hələ də cəmiyyətdə qorxu və yanlış inanclardoğuran xəstəliklərdəndir”.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə NazirliyiElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradəAxundova açıqlayıb.

Onun sözlərinə görə, vərəm hava-damcı yolu ilə, yəni xəstəöskürəndə, asqıranda və ya danışanda havaya yayılan vərəmmikobakteriyaları vasitəsilə yoluxulur:

“Amma o demək deyil ki, hər təmasda olan şəxs dərhal yoluxur.Bununla belə, eyni evdə və ya uzunmüddətli yaxın təmasda olanlarda,immuniteti zəif şəxslərdə (uşaqlar, yaşlılar, xroniki xəstələr),qapalı, havasız, günəş işığı az olan məkanlarda yaşayan insanlarüçün yoluxma riski daha yüksəkdir”.

İ.Axundova bildirib ki, təmas zamanı aşağıdakı qorunmaqaydalarına əməl edilməsi tövsiyə edilir:

“Xəstə olduğu otaq gündə bir neçə dəfə açıq havaya verilməlidir.Xəstə öskürərkən, maskadan istifadə etməli, ünsiyyət zamanı 1–2metr məsafə saxlamaq tövsiyə olunur. Qeyd edim ki, günəş şüalarıvərəm mikrobunu öldürür. Ona görə də, otağın işıqlı və təmiz olmasıçox vacibdir. Eyni zamanda, xəstə tənəffüs gigiyenasına əməl etməli(öskürərkən ağzını örtməli, salfetdən istifadə etməli), sonraəllərini yumaq önəmlidir.

Bilmək vacibdir ki, düzgün müalicə alan vərəmli insan artıq birneçə həftə sonra yoluxucu olmur. Bununla belə, xəstə ilə təmasdaolan şəxslər ildə bir dəfə flüoroqrafiya və Mantu/Diaskin testmüayinəsindən keçməlidirlər”.

Direktor sonda qeyd edib ki, vərəm müalicə olunanxəstəlikdir:

“Xəstədən uzaqlaşmaq, onu təcrid etmək düzgün deyil. Əsas məqsədmüalicəni davam etdirmək və həm xəstəni, həm ətrafdakılarıqorumaqdır”.

Seçilən
69
az.trend.az

1Mənbələr