“Bəzən deyirlər ki, ABŞ bizim protektorumuzdur, bəzən də deyirlər ki, biz onların protektoruyuq. Lakin İsrail ABŞ-nin protektoratlığı deyil”, - jurnalistlərin sualını cavablandıran Netanyahu bildirib.
Vens, öz növbəsində vurğulayıb ki, Vaşinqton Təl-Əvivlə müttəfiqlik münasibətlərinə ümid edir.
- ABŞ Yaxın Şərq işlərinə getdikcə daha az qarışacağı üçün biz buna səmimi şəkildə çalışırıq”,- Amerikanın vitse-prezidenti diqqətə çatdırıb.
Onun sözlərinə görə, “İbrahim razılaşmaları”nın genişləndirilməsi regionda uzunmüddətli sabitliyi təmin edə bilər. Vens həmçinin, Vaşinqtonun HƏMAS-ı tərksilah etməyə çalışdığını və təhlükəsizliyi gücləndirmək üçün regional tərəfdaşlarla əlaqə saxlamağa davam etdiyini bildirib.
|  | 
| NYT:“Ağ Ev Netanyahunu dilə tutmağa çalışır” | 
Bu arada “CNN” telekanalı İsrail mənbəsinə istinadən xəbər verir ki, HƏMAS-a qarşı daha qəti addımlar atması üçün Təl-Əviv Vaşinqtona təzyiq edir.
“Vaxt daralır: qrup güclənir və tərksilah etmək niyyətində deyil. İsrail Qəzzada yenidənqurma başlamazdan əvvəl HƏMAS-ın zərərsizləşdirilməsinin vacib olduğunu zəruri sayır”, - mənbə bildirib.
Maraqlıdır ki, İsrailə səfəri ərəfəsində Cey Di Vens Vaşinqtonun Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində Fələstinin HƏMAS hərəkatının tərksilahı üçün son tarix təyin etmək niyyətində olmadığını açıqlamışdı.
Ağ Evdəki mənbəyə istinad edən “The New York Times (NYT)” nəşri isə Vaşinqtonun İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın Qəzza sülh planının həyata keçirilməsinə təhlükə yarada biləcəyindən ehtiyatlandığını yazıb.
— Newsfeed (@Newsfeed883920) October 22, 2025
Sahil İsgəndərov
AzVision.az
 
                        