AZ

İsrail 30 fələstinlinin cəsədini Qəzzaya qaytardı

ain.az bildirir, Gununsesi portalına istinadən.

İsrail çərşənbə günü 30 fələstinlinin cəsədini Qəzzaya təhvil verib. Bununla da atəşkəs razılaşması çərçivəsində qaytarılan cəsədlərin ümumi sayı 195-ə çatıb.

Gununsesi.info xarici mediaya istinadən verir ki, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, İsrail hər geri qaytarılan israilli üçün 15 fələstinlinin cəsədini təhvil verməlidir.

İsrail ordusunun məlumatına görə, çərşənbə günü bir gün əvvəl Qəzzadan qaytarılan iki girovun qalıqlarının kimliyi müəyyən edilib. Onların Arye Zalmanoviç və baş çavuş Tamir Adara məxsus olduğu təsdiqlənib.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
icma.az

1Mənbələr