AZ

Karxanalarda istismar qaydaları POZULUB- QURUMDAN AÇIQLAMA

Bu barədə Ajans az-ın sorğusuna Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib. Qurumdan bildirilib ki, Bərdə və Tərtər rayonları ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aparılmış araşdırma zamanı yataqda istismar dərinliyi həddinin aşılması, çay və çayətrafı zonaların hidrogeoloji rejiminin pozulması halları müəyyən edilib.  Bu səbəbdən sözügedən yatağın ərazisində fəaliyyət göstərən karxanaların 2021-ci ildən fəaliyyəti dayandırılıb. 

Hazırda Bərdə və Tərtər rayonlarının qum-çınqıla olan tələbatı Goranboy, Yevlax, Ağcabədi və Ağdam rayonlarında müvafiq icazə sənədləri əsasında qanunamüvafiq fəaliyyət göstərən karxanalar hesabına təmin edilir.

Seçilən
21
Ajans.az

1Mənbələr