AZ

"Qarabağ"ın Bilbaoda qələbə qazanacağına inanıram" - "Atletik"ə qarşı oynamış azərbaycanlı

"Atletik" çox yaxşı komandadır. Onların ev oyunlarında möhtəşəm ab-hava olur".

Bunu Fanat.Az-a açıqlamasında 2015/2016 mövsümündə UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində Bakı "İnter"inin heyətində Bilbao təmsilçisinə qarşı oynamış (0:2, 0:0) müdafiəçi İlkin Qırtımov deyib.

Hazırda 1-ci Liqa komandası "Zaqatala"nın uğurları üçün çalışan arxa xətt oyunçusu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"dan qələbə gözlədiyini bildirib: "Qarabağ"ın Bilbaodakı azarkeş dəstəyindən həyəcanlanacağını düşünmürəm. Azərbaycan çempionunun keyfiyyətli heyəti və belə stadionlarda oynamaq təcrübəsi var. Məncə, komandamız İspaniyada məğlub olmayacaq. "Qarabağ"ın Bilbaoda qələbə qazanacağına inanıram".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 20:45-də başlayacaq.

Nihat

Seçilən
35
1
fanat.az

2Mənbələr