AZ

Şahzadə Harri süni intellektin inkişafına qadağa çağırışına qoşuldu

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,onlar tanınmış alimlər, iqtisadçılar, incəsənət nümayəndələri, dini liderlər və ictimai fəallarla birlikdə süni intellektin “super zəka” formasının inkişafına qadağa qoyulmasını tələb edən açıq məktubu imzalayıblar. Məktub çərşənbə günü ictimaiyyətə təqdim olunub və Google, OpenAI, Meta Platforms kimi texnologiya nəhənglərinin süni intellekt sahəsindəki yarışını hədəfə alır. Sənəddə qeyd olunur ki, əgər bu texnologiyanın təhlükəsiz və nəzarət olunan şəkildə inkişaf etdiriləcəyinə dair elmi konsensus və ictimai dəstək olmadan irəliləməyə davam edilərsə, onun inkişafına qadağa qoyulmalıdır. 30 sözlük bəyanatda deyilir: “Biz super zəkanın inkişafına qadağa qoyulmasına çağırırıq. Bu, yalnız təhlükəsiz və nəzarət edilə bilən şəkildə həyata keçiriləcəyinə dair geniş elmi razılıq və güclü ictimai dəstək olduqda gündəmdən qaldırılmalıdır.” Məktubda süni intellektin sağlamlıq və rifah sahələrində fayda gətirə biləcəyi etiraf edilsə də, onunla bağlı ciddi narahatlıqlar da ifadə olunub. Bildirilir ki, aparıcı süni intellekt şirkətləri gələcək onilliklərdə insanları əqli və idrak qabiliyyətləri üzrə üstələyəcək texnologiyalar üzərində çalışırlar. Bu isə iqtisadi roldan kənarda qalmaq, səlahiyyətlərin və mülki nəzarətin itirilməsi, vətəndaş azadlıqları və təhlükəsizlik riskləri daxil olmaqla ciddi nəticələrə səbəb ola bilər. Məktuba dəstək verənlər arasında texnoloqlar, mühafizəkar siyasətçilər, tanınmış din xadimləri və ictimaiyyətin müxtəlif təbəqələrindən olan nüfuzlu şəxslər də yer alır.

 

Seçilən
97
Ajans.az

1Mənbələr