AZ

Azərbaycan Orta Dəhlizin potensialının tam reallaşdırılması üçün daha sıx əlaqələndirməyə çağırır

Bakı. Trend:

Biz Orta Dəhlizin əhəmiyyətini həm Şərqdə, həm də Qərbdəkitərəfdaşlarımızın diqqətinə çatdırmaq üçün bütün lazımı səylərigöstəririk.

Trend xəbər verirki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev V Tbilisi İpək Yolu Forumunda deyib.

Nazir qeyd edib ki, uzun illər ərzində bəzi tərəfdaşlar bumüstəqil və əsas nəqliyyat arteriyası kimi deyil, yalnız ŞimalDəhlizinin əlavəsi kimi qiymətləndirirdilər.

“Orta Dəhliz Şimal marşrutundan qat-qat daha böyük əhəmiyyətdaşıya bilər”,- deyə o vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən Qərb ölkələrinin buistiqamətə marağı nəzərəçarpacaq dərəcədə artıb və həmin dövrdəAzərbaycan artıq öz nəqliyyat infrastrukturunun genişmiqyaslımodernləşdirilməsini həyata keçirmişdi.

“Biz, faktiki olaraq bütün dəmir yolu şəbəkəmizi yenilədik.Minlərlə kilometr yeni dəmir yolu çəkilib, 9 beynəlxalq hava limanıinşa olunub, onlardan 3-ü azad olunmuş ərazilərdə yerləşir”,- deyəRəşad Nəbiyev qeyd edib.

Nazir, həmçinin Azərbaycanın regional investisiyalarına datoxunaraq ölkənin Bakı–Tbilisi–Qars dəmir yoluna yatırdığı təxminən1 milyard ABŞ dolları həcmində sərmayəni xatırladıb. Onun sözlərinəgörə, bu, Azərbaycanın regional əlaqəliliyin gücləndirilməsiideyasına sadiqliyini nümayiş etdirir.

“Biz öz sərhədlərimizdən kənara çıxaraq dost və qonşuGürcüstanın infrastrukturuna sərmayə qoymuşuq”, - deyə o əlavəedib.

Sonda Rəşad Nəbiyev vurğulayıb ki, Orta Dəhlizin uğuru yalnızfiziki infrastrukturun inkişafından asılı deyil.

“Məsələ təkcə infrastrukturda deyil. Eyni zamanda bütünbürokratik prosedurların – gömrük, sərhəd və digər məsələlərin dəuzlaşdırılması olduqca vacibdir”, – deyə nazir bildirib.

Məqalədə:
Seçilən
91
1
az.trend.az

2Mənbələr