AZ

Parlament binası qarşısında terror: Vuçiç dərhal getdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Oktyabrın 22-də Serbiya parlamentinin qarşısında terror aktı baş verib.

Globalinfo.az xəbər verir ki, məlumatı Prezident Aleksandar Vuçiç təsdiqləyib.

“Bu gözəl toplantını tərk etməli olduğum üçün üzr istəyirəm. Səbəb Milli Məclisin qarşısında baş verən terror aktıdır”, – o vurğulayıb.

Qeyd edək ki, bu gün 70 yaşlı kişi Belqradda  Serbiya parlamentinin binası yaxınlığında Prezident Aleksandar Vuçiç tərəfdarlarına məxsus çadıra atəş açıb və yandırıb. Həmin şəxs 57 yaşlı vətəndaşı güllələyib, onu bud nahiyəsindən yaralayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
globalinfo.az

2Mənbələr