AZ

Ölkəxarici fırıldaqçılıq əməliyyatlarının həcmi 2 dəfədən çox artıb

2025-ci ilin ilk iki rübü üzrə aparılan müqayisə göstərir ki, ölkəxarici əməliyyatlarda kart fırıldaqçılığı hallarında artım müşahidə olunub.

Ölkədaxili kart əməliyyatlarında fırıldaqçılıq 42% azalıb

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 1-ci rübdə ölkəxarici 3 628 fırıldaqçılıq əməliyyatı qeydə alınıb və bu əməliyyatların ümumi məbləği 185 910 manat olub. 2-ci rübdə isə göstəricilər əhəmiyyətli dərəcədə yüksələrək 4 798 hadisə və 430 104 manat məbləğində fırıldaqçılıqla nəticələnib. Beləliklə, əməliyyatların sayı 32%, ümumi məbləğ isə təxminən 2,3 dəfə artıb.

Ən yüksək paya malik fırıldaqçılıq növü hər iki dövrdə kartın fiziki iştirakı olmadan həyata keçirilən əməliyyatlar olub. Bu kateqoriyanın payı 1-ci rübdə 80,3%, 2-ci rübdə isə 81,2% təşkil edib. Əməliyyatların əksəriyyəti elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib (1-ci rübdə 89,7%, 2-ci rübdə 87,3%).

Seçilən
71
fed.az

1Mənbələr