Tramp yenidən Mamdanini hədəfə alıb: Bəlkə 4 ildən sonra kommunist prezidentiniz olacaq
                    
                        7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yenidən Nyu-York şəhərinin müsəlman meriya namizədi Zöhran Məmdanini hədəfə alıb. Seçkilərdə qalib gəlməyə yaxın olduğunu bildirən Tramp, "Bəlkə 4 ildən sonra prezidentliyə namizədliyini irəli sürəcək. Kommunist bir prezidentiniz olardı. Maraqlı olardı, amma bunun baş verəcəyini düşünmürəm" dedi.
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
