“Vətən müharibəsində döyüşmüşəm, ağır yaralanmışam və artıq 4 ildir ki, müxtəlif xəstəxanalarda, o cümlədən özəl tibb müəssisələrində müalicə olunuram. Bu müddət ərzində dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər qurumlara müraciət etməyimə baxmayaraq, heç bir maddi və sosial dəstək ala bilməmişəm”.
Bunu “Yeni Sabah”a müraciətində Qarabağ qazisi Əsgər Səfərov deyib.
Qazinin iddiasına görə, hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində onunla kobud davranıblar: “Mənə deyirlər ki, özün üçün döyüşmüsən də, bizim üçün döyüşməmisən ki”. Pepperoni pizza
“Yeni Sabah” məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb. Qurumun cavabında bildirilib ki, Ə.Səfərova 2022-ci ilin fevral ayında müharibə əlilliyi təyin edilib:
“Yardımlı rayonu, Bürzünbül kənd sakini Səfərov Əsgər Mehman oğluna 2022-ci ilin fevral ayında 3-cü dərəcə müharibə əlilliyi təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1067 manat aylıq sosial ödənişlə (əlilliyə görə pensiya 667 manat, Prezident təqaüdü 400 manat) təmin edilir.
Bununla yanaşı, ona 2021-ci ilin oktyabr, 2022-ci ilin fevral və 2025-ci ilin dekabr aylarında ümumilikdə 4950 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən isə son illərdə 7500 manat maddi yardım verilib”.

Nazirlikdən həmçinin qeyd olunub ki, Yardımlı Rayon İcra Hakimiyyəti də Ə.Səfərovu mənzil növbəsinə də götürüb:
“Əsgər Səfərov 2022-ci ilin may ayında Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülüb və 2023-cü ilin avqust ayında Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı ilə mənzil növbəsi həmin rayona köçürülüb. Nazirlik tərəfindən onun növbəlilik qaydasında mənzillə təminatı da nəzərdə tutulub.
Əsgər Səfərovun qardaşının məşğulluğu da təmin olunub. Bu günlərdə özü də yaşadığı kənddə işlə təmin edilmək üçün müraciət edib və həmin kənddə səhhətinə uyğun olan iş üzrə vakansiya yarandıqda işlə təminatı həyata keçiriləcək”.
Nazirliyin açıqlamasında qeyd olunub ki, qazinin guya heç bir dəstəklə təmin edilmədiyi barədə söylədikləri həqiqətə uyğun deyil:
“Qeyd edilənlər Əsgər Səfərovun da dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunduğunu, onun ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar tərəfindən guya heç bir dəstəklə təmin edilmədiyi barədə söylədiklərinin doğru olmadığını göstərir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız