AZ

İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu - Yaralananlar var

İzmirin Bayraklı rayonunun Doğançay məhəlləsində yerləşən fərdi evdə baş verən güclü partlayış nəticəsində ikimərtəbəli bina tamamilə çöküb.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib. Hadisə yerinə yanğınsöndürən, xilasetmə və polis qrupları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə İzmir Şəhər Xəstəxanasına çatdırılıblar.

Partlayışın gücü o qədər böyük olub ki, evin damı dağılıb və yaxınlıqdakı iki mərmər emalı müəssisəsinə də ciddi zərər dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
79
50
milli.az

10Mənbələr