Bakı. Trend:
Azərbaycan öz tranzit marşrutlarının şaxələndirilməsinəhədəflənib və Zəngəzur dəhlizini Orta Dəhlizin əsas uzantısı kiminəzərdən keçirir.
Trend xəbər verirki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “OrtaDəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə deyib.
“Zəngəzur dəhlizi ilə bağlı razılaşmalar avqustun 8-də əldəolunub. Dünən isə məlum oldu ki,müstəqillik dövrümüzdə vəErmənistanla müharibədən bəri ilk dəfə olaraq, erməni taxılınınərazimizdən keçməsinə icazə verdik”, – deyə Rəşad Nəbiyevbildirib.
Nazir bu marşrutun uzunmüddətli potensialına da diqqətçəkib:
“Dəhlizin buraxıcılıq qabiliyyətini əlavə 15 milyon tonartıracaq Zəngəzur dəhlizinin inkişafında böyük perspektivvar”.
Rəşad Nəbiyev qeyd edib ki, Zəngəzur dəhlizi Poti və Batumilimanları, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə mövcudtranzit marşrutlarını tamamlayır.
“Bu, alternativ deyil, əksinə, bütün nəqliyyat istiqamətininetibarlılığını gücləndirən amildir. Əgər mən Çindən olan birmüştəriyəmsə və yüklərimin Avropaya çatacağına əmin olmaqistəyirəmsə, Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmir yollarıvasitəsilə müxtəlif marşrut variantlarına sahib olmalıyam”,- deyənazir izah edib.