"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Rəşad Sadiqovun yetirmələri 3-cü turda "Atletik"in qonağı olub. Qarşılaşma İspaniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ağdam klubunun U-19-u əvvəlki görüşlərdə səfərdə "Benfika"ya 1:7, evdə "Kopenhagen"ə 0:5 hesabı ilə məğlub olub.