Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Avropaİttifaqının və Azərbaycan Respublikası Qida TəhlükəsizliyiAgentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Avropa regionundaheyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclasıkeçirilir.
Trend xəbərverir ki, tədbirin əsas məqsədi sözügedən platforma üzrə2024–2026-cı illər üçün nəzərdə tutulmuş 4-cü Fəaliyyət Planınınəvvəlki iclaslarda qəbul edilmiş qərarlarının icrasını nəzərdənkeçirmək və növbəti fəaliyyət planının prioritetlərinimüəyyənləşdirməkdir.
AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva regionda heyvan rifahısahəsində milli və beynəlxalq aktorları bir araya gətirməkbaxımından iclasın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə,Agentlik həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyətidaim diqqət mərkəzində saxlayır. Şərqi Zəngəzur və Qarabağ iqtisadirayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikası ərazisindəheyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətindəintensiv işlər aparılır.
AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsininmüdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi, ÜHST-ninAvropa üzrə Regional Komissiyanın vitse-prezidenti QalibƏbdüləliyev Azərbaycanda vahid sağlamlıq tədbirləri, heyvanlarınrifahı sahəsində görülən işlər barədə məlumat verib.
Q.Əbdüləliyev qeyd edib ki, görülən işlərin nəticəsində ölkəmiz2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu vəyüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eynizamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi vədonuzların afrika taunu xəstəliyindən azad status qorunubsaxlanılır.
ÜHST-nin Parisdə yerləşən Baş Qərargahı, Brüsseldə və Tokiodayerləşən regional ofisi, Avropa Komissiyasının Səhiyyə və QidaTəhlükəsizliyi üzrə Baş Direktorluğunun əməkdaşları və Portuqaliya,İtaliya, İsrail, İsveçrə Konfederasiyasının nümayəndələrininiştirak etdiyi iclasda heyvanların kəsilməsi, sahibsiz itlərinpopulyasiyasının idarə edilməsi, heyvanların nəqli, təbiifəlakətlərin idarə edilməsi və işlək atkimilərin rifahı kimiməsələlər müzakirə olunur.