AZ

Timsahlarla dolu Fitzroy çayı bu yarışlara ev sahibliyi edəcək

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Avstraliyanın Kvinslend ştatındakı Fitzroy çayı 2032-ci il Olimpiya və Paralimpiya Oyunlarında avarçəkmə və kanoe yarışları üçün məkan kimi təsdiqlənib.

Seçim timsahların çoxluğu və çay axınının gücü səbəbindən idman təşkilatlarının tənqidinə səbəb olub.

Avstraliya Avarçəkmə Assosiasiyası məsələ ilə bağlı Dünya Avarçəkmə və BOK-la məsləhətləşmələrin aparılmadığını bildirib.

Buna baxmayaraq, rəsmi qiymətləndirmə Fitzroy çayının beynəlxalq yarış standartlarına cavab verdiyini göstərir.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
icma.az

1Mənbələr