AZ

Sağlam qidalanmada doğru bilinən 8 yanlış

Qidalanma sahəsində tez-tez eşidilən, lakin elmi əsası olmayan bir çox fikir gündəlik həyatımıza təsir göstərir.

 

Pravda.az bildirir ki, dietoloqlar və qidalanma mütəxəssisləri bu səhv inancların sağlam həyat tərzinə mane olduğunu qeyd edirlər.

 

Ən çox rast gəlinən 8 yanlış inancı təqdim edirik:

 

"Karbonhidratlar zərərlidir" – Əslində, kompleks karbonhidratlar bədənin enerji ehtiyacını qarşılayır. Qəhvəyi düyü, tam buğda məhsulları və tərəvəzlər faydalıdır.

 

"Sağlam qidalanmaq bahalıdır" – Mövsümə uyğun məhsullar və evdə hazırlanan yeməklərlə bu fikir asanlıqla təkzib olunur.

 

"Bitki yağları zərərlidir" – Doğru nisbətlərdə istifadə edilən günəbaxan, zeytun kimi yağlar ürək sağlamlığı üçün faydalıdır.

 

"Ultra işlənmiş qidaları tamamilə çıxarmaq lazımdır" – Bu qidalar tamamilə qadağan edilməməlidir, onların daha sağlam alternativlərlə birləşdirilməsi tövsiyə olunur.

 

"Çiy süd daha sağlamdır" – Pastörizasiya edilməmiş süd sağlamlıq üçün ciddi risklər daşıya bilər.

 

"Az yemək arıqladır" – Bu, metabolizmanı zəiflədir və daha çox yeməyə səbəb ola bilər.

 

"Qlütensiz qida daha faydalıdır" – Yalnız qlütinə qarşı həssaslığı olan şəxslər üçün keçərlidir.

 

"Bütün kalorilər eynidir" – Kalorinin mənbəyi vacibdir. Sağlam yağ və liflə dolu kalorilər bədənə daha çox fayda verir.

 

Qeyd: Sağlam qidalanma həyat keyfiyyətini artırır, lakin bunu məhdudiyyətlərlə yox, balans və davamlılıqla təmin etmək lazımdır.

 

Əminə Bayramova

Tarix: 22 Oktyabr 2025, 16:39   
Seçilən
77
pravda.az

1Mənbələr