AZ

ABŞ dövlət katibi UFO-lar səbəbilə yuxusuz qaldığını etiraf edib

Ajans.az xəbər verir ki,bu barədə Daily Star nəşri məlumat yayıb. Rubio bu fikirlərini yaxın günlərdə təqdim olunacaq “Açıqlama dövrü” (The Disclosure Era) adlı sənədli filmdə səsləndirib. Film UFO-lara dair əvvəllər ictimaiyyətə təqdim olunmamış üç yeni videonun nümayişini vəd edir. Filmin treylerində Rubio qeyd edir ki, strateji nüvə bazaları üzərində müşahidə edilən uçan obyektlərin ABŞ ordusu və ya hökuməti ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu naməlum cihazlarla bağlı yüksək vəzifəli şəxslərə məlumat verilib və bəzi mənbələr bu obyektlər barədə sirlərin açıqlanmasının həyati risklər doğura biləcəyi barədə xəbərdarlıq ediblər. Rubio əlavə edib ki, bu obyektlərin mənşəyi və təbiəti hələ də izah olunmayıb və bu məsələ onun üçün ciddi narahatlıq doğurur.

 

Seçilən
18
Ajans.az

1Mənbələr