AZ

“Barselona”nın baş məşqçisinin cəzası qüvvədə qaldı

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flikin cəzası qüvvədə qalıb.

90deqiqe.Az "AS"a istinadən xəbər verir ki, bu səbəbdən o, 26 oktyabrda keçiriləcək La Liqanın 10-cu turunda “Real”a qarşı komandaya başçılıq edə bilməyəcək. 

Bildirilib ki, İspaniya Futbol Federasiyasının intizam komitəsi “Barselona”nın verdiyi apellyasiyanı qəbul etməyib.

Qeyd edək ki, Flik, 9-cu turda “Jirona”ya qarşı (2:1) keçirilən oyunda qırmızı vərəqə almışdı.Hazırda La Liqada “Real” liderdir və “Barselona”nı 2 xal qabaqlayır.

Seçilən
21
90deqiqe.az

1Mənbələr