AZ

Maskın atası bu şəhərə heyran qaldı: Övladlarına da getməyi tövsiyə etdi

Milyarder İlon Maskın atası Errol Mask Tatarıstanın paytaxtı Kazana səfəri zamanı şəhərə heyran qaldığını bildirib.

Publika.az xəbər verir ki, o, görüşləri zamanı oğullarına da Kazanı mütləq ziyarət etməyi tövsiyə edəcəyini deyib.

Errol Mask şəhərin onu xoş mənada təəccübləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, Kazan o qədər müasir və baxımlı görünür ki, min illik tarixə malik olduğuna inanmaq çətindir.

O, xüsusilə şəhərsalma işlərinin keyfiyyətinə heyran qaldığını bildirib və yerli hakimiyyət orqanlarına bu istiqamətdə fəaliyyətlərini davam etdirməyi arzulayıb.

Seçilən
126
publika.az

1Mənbələr