İlon Maskın atası, mühəndis və iş adamı Errol Mask Rusiyanın dünya ölkələri ilə müqayisədə irəlidə inkişaf etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Fikrim ondan ibarət idi ki, insanlara bu ölkədə nələrin baş verdiyini göstərmək lazımdır. Çünki, açıq desəm, siz dünyanın qalan hissəsini geridə qoyursunuz”, - o qeyd edib.
O əlavə edib ki, Qərbdə Rusiya haqqında dəhşətli şeylər danışılır və beynəlxalq ictimaiyyətin Rusiyadakı real vəziyyətlə tanış olması vacibdir:
“Rusiya və onun regionları haqqında məlumatsız olmaq sadəcə düzgün deyil”.