GlobalInfo saytına istinadən ain.az xəbər verir.
“Ukraynadakı münaqişəyə son qoymağın yeganə yolu Prezident Vladimir Putini Rusiyanın qalib gəlməyəcəyinə inandırmaqdır”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
“Düşünmürəm ki, biz Putini fikrini dəyişməyə məcbur edə bilmərik. Onun məqsədi Ukraynaya nəzarət etməkdir. Amma onun hesablamalarını dəyişdirə bilərik. Putin Ukraynaya nəzarətin çox baha olduğunu başa düşməlidir”, – Stoltenberq bildirib.
O hesab edir ki, belə bir nəticəni Ukraynaya hərbi yardım göstərməklə əldə etmək olar və bu, danışıqların nəticəsini müəyyən edəcək.
NATO-nun keçmiş baş katibi hesab edir ki, Qərb Kiyevə uzunmüddətli dəstək verməyə sadiq olmalıdır.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.