AZ

Ermənistanda hərbi xidmətin müddətinin azaldılmasının səbəbi açıqlandı

BAKI, 22 oktyabr. TELEQRAF

Ermənistan müdafiə naziri Suren Papikyan Baş nazir Nikol Paşinyanın müddətli hərbi xidmətin müddətini 1,5 ilə endirmək barədə bəyanatına münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, bu qərarın uzunmüddətli planlaşdırmanın nəticəsi olduğunu deyib.

“Hökumət proqramında öhdəlik götürmüşük ki, fəaliyyətimizin beşillik dövrü ərzində müqaviləli hərbçilərin sayını artırmaq hesabına müddətli hərbi xidmətin müddətini azaldaq.

İkinci sənəd Ermənistan ordusunun transformasiya konsepsiyasıdır, burada da oxşar öhdəlik götürülüb. Bu sənədlər göstərir ki, qərar uzunmüddətli planlaşdırmanın nəticəsidir. Əlbəttə, hər şey ondan asılı olacaq ki, müqaviləli hərbçilərin sayını artırmaqda nə qədər uğurlu ola biləcəyik”, - o vurğulayıb.

Seçilən
60
teleqraf.com

1Mənbələr