AZ

Hazırda 111 qadın taksi sürücüsü kimi fəaliyyət göstərir - AYNA

Bakı.Trend:

Son illər taksi xidməti sahəsində həm texnoloji yeniliklər, həmdə nizamlı fəaliyyət nəticəsində əhəmiyyətli keyfiyyət artımımüşahidə olunur. Diqqətçəkən tendensiyalardan biri də qadınların bupeşəyə marağının artmasıdır. Qadın taksi sürücülərinin sayının sonillər artması cəmiyyətdəki stereotipləri qırır və yeni iş imkanlarıyaradır.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, bugünədək taksi sürücüsü olmaq istəyən 169 qadınAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək müvafiqimtahanları uğurla keçib və şəhadətnamə əldə edib.

Hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimifəaliyyət göstərir. Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır.Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ənyaşlısının isə 71 yaşı var.

Məqalədə:
Seçilən
39
7
az.trend.az

6Mənbələr