AZ

Putinin rəhbərliyi ilə nüvə qüvvələrinin təlimi keçirildi

Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında ölkənin strateji nüvə qüvvələrinin planlaşdırılmış təlimi keçirilib.

Publika.az Kremlin yaydığı məlumata istinadən xəbər verir ki, təlim qitələrarası ballistik və qanadlı raketlərin buraxılışını əhatə edib.

Belə ki, “Yars” qitələrarası ballistik raketi "Plesetsk" sınaq kosmodromundan Kamçatkadakı poliqona buraxılıb.

“Sineva” ballistik raketi Barents dənizindəki “Bryansk” atom sualtı qayığından buraxılıb.

Təlimdə həmçinin qanadlı raketləri buraxan "Tu-95MS" strateji bombardmançı təyyarələri də iştirak edib.

Seçilən
94
publika.az

1Mənbələr