AZ

Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var

BAKI, 22 oktyabr. TELEQRAF

Qadın taksi sürücülərinin sayının son illər artması cəmiyyətdəki stereotipləri qırır və yeni iş imkanları yaradır.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, bugünədək taksi sürücüsü olmaq istəyən 169 qadın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib.

Hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir. Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır.Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var.

Qurum əlavə olaraq bildirib ki, yaxın zamanda ilk qadın avtobus sürücüləri sükanın arxasına keçəcəklər. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə təşkil olunan təlimlərdə xanımlar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıqları tamamlayıblar.

Qadınların nəqliyyat sektorunda fəallığının artması və onların bu sahədə dəstəklənməsi həm iqtisadi, həm də sosial baxımdan cəmiyyətimizə töhfə verir.

Seçilən
76
34
teleqraf.com

10Mənbələr