AZ

Hafiz Həsənovun məhkəməsi başlayıb

“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Hafiz Həsənov ona qarşı irəli sürülən ittihamla razılaşmayıb və işə xitam verilməsini ilə bağlı vəsatət verib.

Dövlət ittihamçısı vəsatəti əsassız sayıb və təmin edilməməsini, işin baxışa verilməsini istəyib.

Vəsatət təmin edilməyib və cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası noyabın 5-nə təyin olunub.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan bu onun barəsində Polis nəzarəti altına verilib.

Seçilən
76
35
apa.az

4Mənbələr