AZ

Rusiya Xarkovda bağçanı vurdu: ölən var

Rusiya Xarkovda uşaq bağçasına zərbələr endirib.
ONN media xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.
“Xolodnoqorsk rayonunda özəl uşaq bağçası vurulub, uşaqlar xəsarət alıb. Hücum yerində yanğın baş verib”, - mer bildirib.
***
Xarkov şəhərinin Xolodnoqorsk rayonunda yerləşən uşaq bağçasına və yaxınlıqdakı yaşayış evlərinə Rusiya dronları ilə edilən hücum nəticəsində xəsarət alanların sayı 9-a yüksəlib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, üç fərqli yerdə yanğın baş verib və onlardan ən böyüyü uşaq bağçasının binasında qeydə alınıb.
Rusiyanın hücumu zamanı bağçada olan 48 uşaq sığınacaqda olub, onlar operativ şəkildə xilasedicilər, polis əməkdaşları və könüllülər tərəfindən təxliyə olunub.
Fövqəladə Hallar Xidməti bildirir ki, bütün yanğınlar artıq söndürülüb.
***
Ukrayna Prezidenti Vladimir Zelenski Xarkovda uşaq bağçasına hücum nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.
Seçilən
55
onn.az

1Mənbələr