ABŞ dövlət katibi Marko Rubio bu həftə İsrailə səfər edəcək və ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ diplomatik dairələrindən məlumat verilib.
Diplomata görə, Rubio cümə axşamı İsrailə çatacaq, cümə günü isə Netanyahu ilə görüş planlaşdırılır.
Səfər zamanı əsas diqqət Qəzza zolağında münaqişənin həlli planına ABŞ-nin dəstəyi məsələsinə yönəldiləcək. Görüşlərdə həmçinin bölgədəki son vəziyyət və atəşkəs perspektivləri müzakirə olunacaq.