AZ

Yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 59milyon ABŞ dolları həcmində 119,5 min ton bitum süxurlardan əldəolunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilineyni dövrü ilə müqayisədə dəyər ifadəsində 134 milyon ABŞ dollarıvə ya 69,4 faiz, həcm baxımından isə 233 min ton və ya 66,9 faizazdır.

Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 193milyon ABŞ dolları dəyərində 352,5 min ton bitumlu süxurlardanalınmış neft və neft məhsulları ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan20 ölkəyə 8 milyard 939 milyon ABŞ dolları dəyərində 16 milyon 996min ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsullarıixrac olunub.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 2 milyard 69 milyon ABŞ dolları və ya18,8 faiz, həcmi baxımından isə 613 min ton və ya 3,5 faizazdır.

Məqalədə:
Seçilən
88
7
az.trend.az

8Mənbələr