AZ

37 il sonra ilk: Azərbaycan-Ermənistan ticari tərəfdaşlığı nə vaxt başlayacaq?

“Azərbaycan və Ermənistan arasında da birbaşa ticarət əlaqələri olacaq”.

Bunu “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib.

O, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin ləğvini şərh edib. Dördpendirli pizza

Oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Tokayev ilə mətbuata bəyanatında bu qərarı açıqlayıb. Ermənistan rəsmiləri, o cümlədən Baş naziri Nikol Paşinyan Azərbaycan liderinə təşəkkür edib. O, İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.

“Azərbaycan burada Qazaxıstan taxılının tranzit ölkəsidir. Ticari əlaqələr üçün ilk növbədə diplomatik əlaqələr qurulmalıdır. Diplomatik əlaqələrin olması üçün isə sülh sazişi imzalanmalıdır. Yəni bütün bunlar həll edildikdən sonra, əlbəttə, Azərbaycan və Ermənistan arasında da birbaşa ticarət əlaqələri olacaq”, - deyə İlham Şaban vurğulayıb.

Ekspert diqqətə çatıdırıb ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında müxtəlif istiqamətlər üzrə nəqliyyat kommunikasiyaları açıla bilər:

“Hələki birbaşa kommunikasiya olmadığı üçün, Qazaxıstan taxılı Azərbaycandan Gürcüstana keçərək Ermənistana daxil olacaq. Rəsmi Tbilisi tranzit nəqletmə və logistikadan vəsait əldə edəcək. Eləcə də Azərbaycan. Bu, normal bir prosesdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
91
yenisabah.az

1Mənbələr