AZ

Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirilib

Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Həmidov Şükür Nəriman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

3bed57428fc916f712d9c84e8918803a

3f6ed498d45d7bee98dabaff15ca6f25

065de7620fbb17d2f201a07c36635232

31326748e395771b4437738511459525

374121a856617320fc1132b16a0d778d

bf97bff0c1f5a4829740b63717425746

144d9d408441074e04df00dd3803edbd

Seçilən
99
12
poliqon.az

10Mənbələr