AZ

Macarıstan Rusiyaya qarşı sanksiyaların qarşısını almayacaq

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan Rusiyaya qarşı sanksiyaların 19-cu raunduna veto qoymayacaq, çünki qəbul edilən tədbirlər milli maraqlara zidd deyil.

Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Biz bu paketə veto qoymuruq, çünki onun əsas milli maraqlarımızı pozmadığını başa düşürük”,-deyə Siyarto qeyd edib.

Eyni zamanda Siyarto əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar uğurlu olmayıb.

Məlumata görə, Aİ liderlərinin oktyabrın 23-də keçiriləcək sammitində Slovakiya ilə mübahisəni həll etdikdən sonra 19-cu anti-Rusiya sanksiyalar paketini təsdiqləyəcəkləri gözlənilir.

Yeganə

 

Seçilən
60
busaat.az

1Mənbələr