AZ

Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Azərbaycanın MilliQəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Həmidov Şükür Nərimanoğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və MədəniyyətMərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları,ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınlarıvə döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə dəAzərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundaşəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyiqəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundandanışıblar.

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstəriləndiqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim ucatutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birincivitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin MüdafiəNazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Vətən
Vətən
Seçilən
110
7
az.trend.az

10Mənbələr