AZ

92 yaşında seçkilərdə qalib gəldi - FOTO

Oktyabrın 12-də Kamerunda keçirilən prezident seçkilərinin nəticəsi bəlli olub.

Ölkə.Az xarici kİV-ə istinadla xəbər verir ki, seçkilərdə hazırkı prezident Paul Biya qalib gəlib.

Milli Səslərin Hesablanması Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Biya səslərin 53,6%-ni toplayıb.

Onun ən yaxın rəqibi İssa Çiroma Bakari 35,1%, digər namizədlər Kabral Libii isə 3,41%, Bello Bouba Mai1ari isə 2,45% səs toplayıb.

33 üzvdən ibarət Milli Səslərin Hesablanması Komissiyası bildirib ki, nəticələr ölkə üzrə 58 regional komissiyanın protokollarına əsaslanır.

Konstitusiya Şurası seçkilərin yekun nəticələrini sabah yerli vaxtla saat 10:30-da elan edəcək.

Qeyd edək ki, Paul biya dünyada hakimiyyətdə olan ən yaşlı liderdir. 92 yaşlı Biya 43 ildir hakimiyyətdədir.

Billurə

Seçilən
140
2
olke.az

3Mənbələr