Dünyanın ən yaxşı futbol akademiyaları müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bunu Beynəlxalq İdman Araşdırmaları Mərkəzi açıqlayıb.
Maraqlıdır ki, ilk yeri "Barselona", yox "Benfika" tutub. Katalon klubu 2-ci yerini sahibi olub.
Üçlüyü Argentinanın "River Pleyt" klubu qapayıb.
Qeyd edək ki, bu siyahı hazırlanarkən dünyanın 49 ölkəsində oynayan akademiya yetirmələrinin sayı, klubların səviyyəsi və son bir ildə oyunçuların meydanda keçirdiyi vaxt nəzərə alınıb.
 
                        