AZ

Güləşçimiz Avropa çempionatının bürünc medalı uğurunda mübarizəyə çıxır

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanın U-23 güləşçiləri Avropa çempionatında mübarizəni davam etdirir.

İdman.Biz xəbər verir ki, Avropa çempionatında çıxış edən yunan-Roma və qadın güləşçilərimiz bu gün növbəti görüşlərini keçiriblər.

Yunan-Roma güləşi

60 kq

İlkin Qurbanov gürcüstanlı Dimitri Xaçidzeyə (3:2) və almaniyalı Georgios Skarpelloya (5:3) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə o, iranlı Səccad Abbaspurraqaniyə 1:7 hesabı ilə uduzub.

72 kq

Ruslan Nurullayev təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə məğlub edib. Güləşçimiz bürünc medal uğrunda ermənistanlı Qaspar Terteryanla qarşılaşacaq.

82 kq

Elmin Əliyev macarıstanlı Dominik Çuçora tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Alperen Bərbərə 3:5 hesabı ilə məğlub olub.

Qadın güləşi

50 kq

Əsmər Cankurtaran təsnifat mərhələsində rusiyalı Natalia Pudovaya (UWW) 0:10 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:00-da, medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr