AZ

Luvr böyük bir soyğundan sonra yenidən turistlərin üzünə açıldı

Oğurluğun baş verdiyi Apollon Qalereyası bağlı olaraq qalır.

QHT.az xəbər verir ki, tarixi xəzinələrin kütləvi şəkildə oğurlanmasından üç gün sonra  dünyanın ən böyük muzeyi Luvr yenidən ziyarətçilərin üzünə açılır. Muzey oktyabrın 22-də səhər saat 9:00-da açılıb. Bu arada, oğurluğun baş verdiyi Apollon Qalereyası istintaqa qədər bağlı qalır.

Paris prokuroru oğurluqdan dəymiş ziyanı 88 milyon avro qiymətləndirib. Luvrun prezidenti Laurens des Cars muzeyin videomüşahidə sisteminin təkmilləşdirilməsi üçün 2023-cü ildə audit aparılmasına göstəriş vermişdi, lakin hesabatda prosesdə “əhəmiyyətli ləngimə” olduğu qeyd olunub. Daxili işlər və mədəniyyət nazirləri isə təhlükəsizlik tədbirlərində hər hansı çatışmazlığın olmadığını bildiriblər.

 

R.İmanov

Seçilən
9
qht.az

1Mənbələr