AZ

Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb

Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdəsəfərdə olan Estoniya Respublikasının xarici işlər naziri MarqusTsahkna ilə görüşüb.

Görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən vəqarşılıqlı faydalı əməkdaşlıqdan söz açan parlamentin spikeri,dövlətlərarası münasibətlərin inkişafında ali və yüksək səviyyəliqarşılıqlı səfərlərin, görüşlərin, eləcə də imzalanan sənədlərinmühüm rol oynadığını deyib. O, həmçinin, özünün üç il öncəEstoniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləriməmnunluqla xatırladıb.

Söhbət zamanı, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdədaha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

Spiker Sahibə Qafarova qonağa Vaşinqton görüşü vəAzərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlıfikirlərini çatdırıb, həmçinin, özünün Cenevrədə Ermənistanparlamentinin spikeri ilə baş tutan görüşü haqqında məlumatverib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşbarədə məlumat verən Estoniyanın xarici işlər naziri MarqusTsahkna, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatəedən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsininaparıldığını bildirib. Qeyd olunub ki, Estoniya Azərbaycanıregionda çox vacib tərəfdaş kimi görür və Azərbaycanlamünasibətlərin bütün istiqamətlər üzrə dərinləşməsindəmaraqlıdır.

O, həmçinin Azərbaycan ilə Ermənistan arasında Vaşinqtongörüşündə əldə olunan nailiyyətlər münasibətilə təbrikləriniçatdırıb və ölkəmizin regionda sülhün, əmin-amanlığın, eləcə dəəməkdaşlığın təmin olunmasındakı rolunu yüksək dəyərləndirib.

Söhbətdə parlamentlərarası əlaqələrin ölkələr arasındaikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğuvurğulanaraq, beynəlxalq platformalarda qarşılıqlı faydalıəməkdaşlığın əhəmiyyəti, o cümlədən, qanunverici orqanlardafəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin vacibliyi qeydolunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Seçilən
79
17
az.trend.az

10Mənbələr