AZ

İsveç Ukraynaya 120 qırıcı satacaq

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsveç Ukraynaya 120 ədəd JAS 39 “Gripen E” qırıcısı satmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə TV4 məlumat yayıb.

“JAS 39 “Gripen E” SAAB şirkəti tərəfindən hazırlanmış İsveç qırıcı təyyarəsinin ən son versiyasıdır. Bu model əvvəlki versiyalarla müqayisədə daha güclü mühərrikə, daha uzun məsafəyə uçuş və təkmilləşdirilmiş radar, eləcə də elektron avadanlıqlara malikdir”, - məlumatda qeyd olunub.

Qeyd olunub ki, İsveçin Linköpinq şəhərində Baş nazir Ulf Kristersson və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş gözlənilir. Danışıqlar zamanı müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
127
7
axar.az

8Mənbələr