AZ

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agnetliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən oktyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.

ADSEA-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin sədri Zaur Mikayılovun oktyabrın 24-də Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi oktyabrın 31-nə dəyişdirilib.

Qeyd edək ki, vətəndaş görüşü Göygöl rayonunda Göygöl və Daşkəsən rayonlarının sakinləri üçün nəzərdə tutulub.

Seçilən
82
3
azertag.az

4Mənbələr