Sosial şəbəkələrdə “Star Xalça Yuma” adlı şirkət barədə yeni şikayət yayılıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, İddialara görə, şirkət müştərinin xalçasını “yumaq üçün” aparıb, lakin vaxtında geri qaytarmayıb və sonradan əlaqəni tamamilə kəsib.
Şikayəti Qədir Rüstəm adlı şəxs öz sosial media hesabında paylaşıb. O, bildirib ki, şirkət əməkdaşları xalçanı təmizləmək üçün evdən aparıblar, lakin sonradan nə zənglərə cavab veriblər, nə də xalçanı qaytarıblar:
“Bu şirkətə xalça verməyin! Yumaq adı ilə aparıblar, bu günə qədər gətirməyiblər. Polisə 102-yə şikayət ərizəsi vermişəm. Zəng edirəm, məni bloklayıblar. Deyirlər, hara istəyirsən, şikayət elə.”
Müştərinin sözlərinə görə, şirkət əməkdaşlarının məsuliyyətsiz davranışı və müştəri ilə kobud ünsiyyəti onun hüquq-mühafizə orqanlarına müraciət etməsinə səbəb olub.
Hazırda hadisə ilə bağlı polisə şikayət daxil olub.
