Kosta-Rikada güclü zəlzələ oldu
                    
                        Kosta-Rikada 5.8 bal gücündə zəlzələ qeydə alınıb.
 
 Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
 Məlumata görə, zəlzələnin episentri təxminən 335 min əhalisi olan paytaxt San-Xosedən 59 kilometr cənubda yerləşib.
 
 Təkanların ocağı 24 kilometr dərinlikdə olub.
 
 
         
        
     
 
 
 
         
        
        
        
        
