AZ

“Ukrayna diplomatiyaya hazırdır, amma harasa getmək şərti ilə deyil” – Zelenski

İsveçdə səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin sülh planına münasibətini açıqlayıb.  
NOCOMMENT.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
“Biz diplomatiyaya hazırıq, lakin mən ABŞ prezidentinə dediyim kimi, Rusiya Federasiyasının hazırlığını görmürük. Rusiyanın çağırışları və mesajları ilə nümayiş etdirdiyi bütün diplomatik səylər Amerika və Avropanın sərt qərarlarını ertələmək üçündür”, – Zelenski mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, Rusiya bu yolla sanksiyaları və ya “Tomahavk” raketlərinin Ukraynaya ötürülməsini təxirə salmağa çalışır.
Xatirə SADİQ
Seçilən
11
nocomment.az

1Mənbələr