AZ

2025-in ən çox dəyər itirən futbolçuları bəlli oldu

Məşhur futbol statistikası saytı “Transfermarkt” 2025-ci ilin ən çox dəyər itirən futbolçularının siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Fil Foden başçılıq edir.

İngiltərə millisinin üzvü bir ildə 60 milyon avro dəyər itirərək siyahının zirvəsinə yerləşib. Onun bazar dəyəri 2025-ci ilin əvvəlində 150 milyon avro olduğu halda, hazırda 90 milyon avro təşkil edir.

2025-ci ildə ən çox dəyər itirən 10 futbolçu:

Fil Foden (“Mançester Siti”) – -60 milyon avro

Vinisius Junior (“Real Madrid”) – -50 milyon avro

Qavi (“Barselona”) – -40 milyon avro

Rodri (“Mançester Siti”) – -40 milyon avro

Eduardo Kamavinqa (“Real Madrid”) – -40 milyon avro

Martin Ödeqor (“Arsenal”) – -30 milyon avro

Bernardo Silva (“Mançester Siti”) – -28 milyon avro

Bonifeys (“Bayer Leverkuzen”) – -25 milyon avro

Duşan Vlahoviç (“Yuventus”) – -25 milyon avro

Ceyms Meddison (“Tottenhem”) – -25 milyon avro

“Transfermarkt”ın təhlilinə əsasən, bu oyunçuların dəyərinin azalmasına əsas səbəblər arasında sakit mövsüm performansı, zədələr, və ya klublarında sabit yer qazana bilməmələri göstərilir.

Kamil Xudiyev

Seçilən
89
1
fanat.az

2Mənbələr