AZ

Metroda 65 yaşlı kişi vəfat edib

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.

Bu barədə "APA-Economics"ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

"Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.

Seçilən
59
19
apa.az

10Mənbələr