AZ

Bakı metrosunda sərnişin öldü

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-dən "Unikal"a verilən məlumata görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

"Bakı Metropoliteni adından mərhumun ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin!"- qurumun məlumatında deyilir. 

Seçilən
47
39
unikal.az

10Mənbələr