“Bavariya” bu mövsüm yaxşı çıxış edən hücumçusu Harri Keynlə müqaviləni uzatmaq niyyətindədir.
İdmanxeber.az xəbər verir ki, Münhen təmsilçisi ingilis forvardla danışıqlara 2026-cı ilin fevralında başlamağı planlaşdırır. Klub Keynin həm fiziki, həm də texniki cəhətdən yüksək səviyyədə olduğunu düşünür və onun uzun müddət formda qalacağına inanır.
32 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.