Torpaq davası
Hurriyyet.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan xələfi, üçüncü prezident Serj Sarqsyanın Müdafiə Nazirliyinin torpaqlarının satışı üzrə cinayət işində şahid qismində dindirilir.
"Sputnik Ermənistan" nəşrinin məlumatına görə, bu barədə prokuror Qorik Ovakimyan məhkəmə iclasının gedişi zamanı məlumat verib.
Söhbət "Yerablur" hərbi məzarlığının yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı cinayət işindən gedir. Cinayət işi 2005-ci ildə əldə edilmiş sövdələşmə ilə bağlıdır - həmin vaxta Koçaryan prezident, Sarqsyan isə müdafiə naziri olub. Torpaqlar Müdafiə Nazirliyinin balansında olub.
Prokurorun sözlərinə görə, şahidlər qismində Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı da çağırmaq planlaşdırılır. İstintaqın məlumatına görə, onun da sövdələşmədə rolu var. Serj Sarqsyanın mühafizə dəstəsinin başçısı Vaçaqan Kazaryan da istintaqa cəlb edilib.
Hürr Tərcüman