AZ

Xərçəng yaradır, qadağan olunacaq

Əl dezinfeksiya vasitələrindəki etanol təhlükəlidir

Avropa Birliyi (AB), çox saylı əl dezinfeksiya vasitələrinin əsas tərkib hissəsi olan etanolun potensial xərçəng törədici maddə kimi təsnif edilərək qadağan olunub-olunmayacağını nəzərdən keçirir.

Sherg.az xəbər verirki, “Financial Times” qəzetinin məlumatına görə, Avropa Kimyəvi Maddələr Agentliyinin (ECHA) işçi qrupu 10 oktyabr tarixli daxili qiymətləndirmə hesabatında etanolun “toksik” olduğunu vurğulayıb.

Hesabatda qeyd olunub ki, etanol xərçəngə və hamiləlikdə komplikasiyalara səbəb ola bilər. Eyni zamanda, təmizlik məhsulları və digər biyosidal tətbiqlərdə etanol əvəzinə alternativ maddələrin istifadəsi tövsiyə edilir.

ECHA-nın Biyosidal Məhsullar Komitəsi mövzunu müzakirə etmək üçün 25-28 noyabr tarixlərində iclas keçirəcək.
Komitə, bu iclasda etanolun “xərçəng törədici” kimi qiymətləndirilib-qiyətləndirilməyəcəyinə qərar verəcək. Əgər belə bir qərar qəbul olunarsa, maddənin əvəzlənməsi tövsiyə olunacaq.
Lakin mövzu ilə bağlı son qərarı Avropa Komissiyası verəcək.
Agentlik, “Financial Timesa” açıqlamasında bildirib ki, etanolun gözlənilən təsir səviyyələri təhlükəsiz hesab edilərsə və ya alternativ mövcud deyilsə, biyosidal istifadə üçün hələ də təsdiqlənə bilər. Qeyd olunub ki, mövzu ilə bağlı hələ rəsmi qərar verilməyib.

Digər tərəfdən, Dünya Səhiyyə Təşkilatı (ÜST) etanol və izopropil spirtini əl gigiyenası baxımından təhlükəsiz hesab etməyə davam edir.
Bu maddələr dünya üzrə dezinfeksiya və sterilizasiya məhsullarında geniş istifadə olunur.
AB-nin etanolun yenidən təsnifatı, təmizlik və şəxsi gigiyena məhsulları istehsal edən şirkətlərə ciddi təsir göstərəcək. Xüsusilə Covid-19 pandemiyası zamanı əhalinin sağlamlığının qorunması üçün vacib alət olan əl dezinfeksiya vasitələri də bu məhsullar arasında yer alır.

Seçilən
125
1
sherg.az

2Mənbələr